ABŞ Baltikaynı ölkələrə təhülkəsizlik zəmanəti verməyib | VİDEO
“Avropa ölkələri üçün hər hansı bir qərarın birdən-birə qəbul edilməyəcəyinə dair zəmanət verildi. Bu məsələ əvəvlcədən müzakirə mövzusu olacaq”, - Hanno Pevkur bildirib.
Estoniyanın Müdafiə naziri vurğulayıb ki, o, Latviya və Litvadan olan həmkarları ilə birlikdə Amerika tərəfinin diqqətini Moskvanın potensial təcavüzünün qarşısını almaq üçün alyansın şərq sərhədlərində aktiv hərbi mövcudluğun kritik əhəmiyyətinə cəlb edib.
Bununla belə, Pentaqonun rəhbəri Pit Heqset Baltikyanı bölgədə ABŞ-nin hərbi iştirakını saxlaması barədə heç bir konkret öhdəlik götürməyib.
- Heqset heç bir proqnoz vermək istəmədiyini söylədi. Bu, başa düşüləndir, çünki onlar payızda qüvvələr balansını təhlil edəcəklər”, - estoniyalı nazir bildirb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: ABŞ Baltikyanı təhlükəsizlik







Vaxtında, Aydın, Lazımlı!


